Sadiq Məmmədov bu avtomobili beynində qurduğu sxemlər əsasında hazırlayıb
Göyçayın Çərəkə kənd sakini 22 yaşlı Sadiq Məmmədov maraqlı bir maşın ixtira edib. Yarış avtomobillərini xatırladan maşın 70 km saat sürətlə hərəkət edə bilir. Maşının bütün ehtiyyat hissələri də ixtisasça qaynaqçı olan sadiqin özünə məxsusdur.
Sağa-sola asanlıqla dönür və görünüşcə müasir yarış avtomobillərindən fərqlənmir.
Görüntülər Göyçay Çərəkə kənd sakini 22 yaşlı Sadiq Məmmədovun hazırladığı yeni avtomobilə aiddir. Bu ixtirasını reallaşdırmaq üçün o 200 manat vəsait xərcləyib.
Bir oturacaqlı, sivri uclu, 4 təkərli avtomobil daha çox "Rally" yarışlarında iştirak edən maşınlara bənzəsə də, ancaq 20-ci əsrin əvvəllərində istehsal olunan Mersedes Simplex modelini də xatırladır.
Gündəlik nəqliyyat kimi istifadə olunan bu avtomobil sürücü ilə yanaşı 70 kq yük də daşıya bilir. Yanacaq sisteminin 4 litrə qədər tutumu var. Mühərriki isə arxa hissədə yerləşir.İxtisasca qaynaqçı olan ixtiraçı hazırladığı avtomabilin ehtiyyat hisslərini də özü hazırlıyıb.
Sadiqin sözlərinə görə arzusu ixtira etdiyi avtomabili bir az da təkmilləşdirərək, avtomatik olaraq üst örtüyünün örtülməsi,sürətin artılması və yeni model avtomabillərdə olan konfortun alınmasıdır.Bundan başqa hər hansi bir şirkət tərəfindən köməklik olunarasa,yerli avtomabil istehsalında bir ilkə imza ata biləcəyini də deyir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub