"Aztelekom" internet istifadəçilərini sürətli və keyfiyyətli internet xidmətləri ilə təmin etmək məqsədilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.
Mynews.az-ın məlumatına görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.
Bu məqsədlə oktyabrın 11-i (10-dan 11-nə keçən gecə) Goranboy, Beyləqan, Bərdə, Ağcabədi, Ağstafa, Astara, Biləsuvar, Yevlax, İsmayıllı, İmişli, Şəmkir, Sabirabad, Qəbələ, Tovuz, Ağdaş, Saatlı, Siyəzən, Zərdab, Cəbrayıl, Gədəbəy, Xızı, Oğuz, Şabran rayonları üzrə işlər aparılacaq.
Texniki yenilənmə işləri ilə əlaqədar 11oktyabr saat 02:00-dan 08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub