“Microsoft” şirkəti “Skype” xidmətinə “Cortana” səs köməkçisini inteqrasiya edib. Beləliklə, messencer artıq süni intellekt elementlərini dəstəkləyir.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, “Cortana” səs köməkçisi “Skype” istifadəçilərinə öz vaxtlarını planlaşdırmağa və danışığı dəstəkləməyə kömək edir, həmçinin daxil olan mesajları təhlil edərək, cavab variantları təklif edir.
Bundan başqa, “Cortana” təqvimdə həmsöhbətlər tərəfindən nəzərdə tutulmuş görüş haqda xatırlatma yaratmağa kömək edəcək.
İstifadəçilər birbaşa “Skype” xidmətində internetdə səsli sorğular vasitəsilə axtarış edə bilərlər.
“iOS” və “Android” mobil sistemləri üçün “Cortana” səs köməkçisinə malik “Skype” proqramı “App Store” və “Google Play” mağazalarında pulsuz yükləmə üçün əlçatandır.
“Skype” proqramı daxilində bu xidmətin imkanlarından hələlik yalnız ABŞ sakinləri istifadə edə bilərlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub