"Bakı Telefon Rabitəsi" MMC paytaxtın "İzmir" parkında pulsuz "Wi-Fi" şəbəkəsinin qurulması üzrə iş aparır.
Mynews.az MMC-yə istinadən xəbər verir ki, operatorun planına "Nərimanov" parkında (eyniadlı metrostansiyasının yaxınlığında) "Wi-Fi" xidmətinin təqdim edilməsi də daxildir. Hazırda bu parkda şəbəkə sınaq mərhələsindədir.
Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun" və "Muğan" bağları daxildir.
Xidmət işə salındıqdan indiyədək şəbəkəyə 1 milyona yaxın qoşulma qeydə alınıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub