"Google" şirkəti "YouTube" proqramında tez-tez yeni funksiyaları sınaqdan keçirir. Bu dəfə internet nəhəngi çarxların avtomatik işə salınmasını yoxlayıb. Bu haqda "Androidcentral" nəşri yazır.
Mynews.az ICTnews-a istinadən xəbər verir ki, indi "Əsas" vərəqindəki video avtomatik olaraq səssiz şəkildə, amma subtitrlərlə birgə işə salınacaq. Videoçarx lap əvvəldən başlayacaq və istifadəçi onu izləyənədək davam edəcək.
İstifadəçinin icazəsi olmadan avtomatik işə salınan videolar, adətən, narahatçılıq yaradır, amma "YouTube"da bu funksiya yaxşı realizə olunub. Səsin əvəzinə subtitrlərdən istifadə edilməsi faktı sözügedən funksiyanı daha az yorucu edir. Bundan başqa, istəkdən asılı olaraq, bu funksiyanı istənilən an deaktiv etmək olar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub