“WhatsApp” tərtibatçıları əlavədə istifadəçinin real vaxt rejimində yerləşdikləri yer barədə məlumatı qeyd etmək imkanını reallaşdırıblar.
İKT.lent.az-ın xəbərinə görə, messencerin rəsmi bloqunda bildirilir ki, geoməlumatlar istifadəçinin harada yerləşdiyi barədə məlumat verməSI üçün ən etibarlı və sadə vasitədir: “Siz dostlarınızla görüşmək, onlara sizin təhlükəsiz yerdə olduğunuz barədə məlumat vermək və öz istiqamət marşrutunuzu bölüşmək üçün geoməlumatlardan istifadə edə bilərsiniz”.
Geomövqenin yayımı şifrələnmə ilə müdafiə olunub və istifadəçiyə onun məhz kiminlə – bu, hər hansı əlaqə nömrəsi və qrup da ola bilər, – həmçinin hər hansı vaxta qədər və müddət ərzində məlumatların bölüşməsini müəyyən etməyə imkan verəcək. Geomövqenin ötürülməsi ilə bağlı məlumatı istənilən zaman söndürmək mümkündür.
Geomövqe ilə bölüşmək üçün istifadəçi əlaqə çatını və ya qrupu açmalı, “əlavə etmək” düyməsini basıb “Yerləşdiyi yer” bəndini əlavə etməli və “Geoməlumatları bölüş” seçimini etməlidir. Həmçinin yerləşdiyi yer barədə məlumatın hansı müddətdə yayımlanmasını da seçmək mümkündür. Əgər bir neçə iştirakçı geomövqelərini bölüşəcəklərsə, onlar o zaman eyni xəritədə əks olunacaqlar.
“WhatsApp”da bildirirlər ki, yeni funksiya yaxın həftələrdə “Android” və iOS əməliyyat sistemlərində istifadəyə veriləcək.
Qeyd edək ki, geoməlumatların yayımı “Telegram” messencerində də mövcuddur.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub