“Apple” korporasiyası qırmızı rəngli “iPhone 7” təqdim edəcək. Təqdimat şirkətin mart ayında sərgisində baş tutacaq, bu barədə adı gizli saxlanılan mənbəyə istinadən Yaponiyanın “Mac Otakara” portalı məlumat yayıb.
Bu artıq son zamanlar “iPhone”nin yeni rənginə dair çıxan ikinci şayiədir. Şayiələrə görə, “iPhone 7” və “7 Plus”dan başqa, “Apple” 128 giqabayt yaddaşı olan qırmızı rəngli “iPhone SE”-də buraxacaq.
Mynews.az -ın lenta.ru-ya istinadən məlumatına görə, mənbə həmçinin iddia edir ki, sərgidə yeni “iPad” planşet kompüterlərinin təqdimatı da baş tutacaq. Bundan başqa, 7,9, 9,7 və 12,9 düym diaqonallı “iPad”lərin yenilənməsi ilə yanaşı, şirkət 10,5 düym diaqonallı “çərçivəsiz” planşetlər də təqdim edəcək.
Ekranın kənarlarında çərçivənin olmaması onun ölçülərinin adi iPad Pro 9,7-nin ölçülərinə müvafiq olacaq. Planşetlərin tədarükünə 2017-ci ilin may ayında başlana bilər.
iPad Pro-nun son nəsli 2016-cı ilin aprelində anons edilmişdi. Planşet şirkətin 256 gb yaddaşı olan ilk qurğusu oldu.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub