Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-da xəbər lenti funksiyasının yenilənməsi kütləvi informasiya vasitələri üçün çox pis "sürpriz" olub.
Belə ki, xəbərlərini Facebook-da paylaşan KİV-lər sosial şəbəkədəki reaksiyanın, yəni oxunma statistikasının minimum 4 dəfə aşağı düşməsi ilə üzləşiblər.
Situasiya bu günlərdə Azərbaycanın kütləvi informasiya vasitələri üçün də təkrarlanacaq.

Səbəb Facebook-da xəbər lentinin (News Feed) formalaşmasının yeni alqoritmidir.
Alqoritm sınaqdan keçirildiyindən kütləvi informasiya vasitələrinin, xüsusilə də xəbər saytlarının Facebook-da xəbərlərinə göstərilən reaksiya, xüsusilə də oxunma statistikası dəfələrlə azalır.
Vəziyyət yaxın günlərdə daha da kritik olacaq.
"Explore Feed" adlı yeni, ikinci xəbər lenti funksiyasını işə salmış Facebook burada istifadəçilərin bəyəndikləri bütün publik səhifələrin yazılarını və xəbərlərini dərc edirlər.

Əsas lentdə (News Feed) isə sadəcə, dostların statusları, paylaşımları, bir də reklam qalacaq.
Beləliklə, KİV-lərin, xüsusilə də xəbər saytlarının Facebook səhifələrində paylaşmalarına baxmaq üçün istifadəçi "Explore Feed"ə, yəni "Maraqlılar lenti"nə baxmalıdır. Medianın paylaşdığı xəbərlərsə yalnız Facebook-da reklam vasitəsilə əsas lentdə yer alacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub