"WhatsApp" messenceri "iOS" əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində audio və video zənglər funksiyasını sınaqdan keçirir.
Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "iPhone" üçün proqramın son beta-versiyasında aşkar edilmiş koda istinadla "WABetaInfo" portalı məlumat yayıb.
Yeni xidmətin pullu və ya pulsuz olacağı bilinmir. Bundan başqa, qrup zənglərinin "WhatsApp" messencerinin yalnız korporativ istifadəçilər üçün xüsusi versiyasında əlçatan olacağı da istisna deyil.
Digər yeniliklər arasında qrup çatlarını idarə etmək üçün genişləndirilmiş alətlər dəstinin təqdim olunacağı gözlənilir.
"WhatsApp" messenceri internet üzərindən mətn mesajları və şəkillər göndərməyə imkan verir. İstifadəçi bu halda yalnız operatorun tarifi üzrə trafikin haqqını ödəyir. 2017-ci ilin iyulunda xidmətin gündəlik auditoriyası 1 milyard istifadəçini ötüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub