"WhatsApp" messenceri "iOS" əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində səsli və videozənglər funksiyasını sınaqdan keçirir.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, bunu "iPhone" üçün proqramın son beta-versiyasında aşkar edilmiş kod təsdiqləyir.
Yeni xidmətin pullu və ya pulsuz olacağı məlum deyil. Bundan başqa, qrup zənglərinin "WhatsApp" messencerinin yalnız korporativ istifadəçilər üçün xüsusi versiyasında əlçatan olacağı istisna deyil.
Başqa yeniliklər arasında qrup çatlarını idarə etmək üçün genişləndirilmiş alətlər dəstinin təqdim ediləcəyi gözlənilir. Məsələn, bir neçə inzibatçı qrupu ləğv etmək və ya onun tərkibindən ixtiyari istifadəçini silmək imkanı əldə edəcək.
Qeyd edək ki, 2017-ci ilin iyulunda "WhatsApp"ın gündəlik auditoriyası 1 milyard istifadəçini ötüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub