"GfK" analitik şirkətinin məlumatına əsasən, 2017-ci ilin üçüncü rübündə smartfonların qlobal satış həcmi 3% yüksələrək, 367 milyon təşkil edib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, mütəxəssislər Latın Amerikası (+11%), həmçinin Mərkəzi və Şərqi Avropada (+9%) daha yüksək artım tempi qeydə alıblar. Bu halda Şimali Amerika, Qərbi Avropa və Asiyanın inkişaf etmiş ölkələrində azalma müşahidə olunub: bu regionlarda smartfonların satış həcmi müvafiq olaraq 1%, 7% və 7% azalıb.
Həmçinin mütəxəssislər bildiriblər ki, smartfonların bahalaşması tendensiyası fonunda "ağıllı" telefon bazarının pul baxımından həcmi 10% yüksələrək, 116,8 milyard dollar təşkil edib, halbuki bir il əvvəl bu göstərici 106,3 milyard dollar səviyyəsində idi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub