Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan “Twitter” uzun müddətdir istifadəçi sayının azalması problemindən sonra artıma nail olub.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkənin istifadəçi sayı 4 milyon nəfər artıb.
Hazırda aylıq olaraq “Twitter”dən 330 milyon nəfər istifadə edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 milyon nəfər çoxdur. Hesabatdan məlum olub ki, şirkətin gəlirləri 590 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz azdır. Ancaq “Twitter”in əməkdaşları iddia edirlər ki, bu rəqəm müsbət dinamikanın göstəricisidir. Çünki bu dövr ərzində itkilərin həcmi ötən ilin eyni dövründəki 103 milyon dollarla müqayisədə 21 milyon dollar olub.
Komandaya Cek Dorsinin qayıdışından sonra sosial şəbəkə istifadəçilərinin rahatlığı üçün dəyişikliklərə başlayıb. “Twitter”in kiçik uğurları arasında onlayn yayımın mümkünlüyünü və hazırda test rejimində sınaqdan keçirilməkdə olan 140 işarənin 280 işarəyə qədər artırılmasını qeyd etmək mümkündür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub