"Google" şirkəti məsələyə reaksiya verənədək bir milyondan çox "Android" istifadəçisi "Google Play" mağazasından "WhatsApp" messencerinin saxta surətini yükləyib. "WhatsApp" loqotipinə malik əlavə "Update WhatsApp Messenger" adlanır. Tərtibatçı adı rəsmi adla eyni olduğuna görə, əksər istifadəçilər bunu servis yenilənməsi kimi qəbul edib. Bunun üçün fırıldaqçılar "Unicode" standartında boşluqdan istifadə ediblər.
Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, məlumata görə, saxta əlavə yalnız digər proqram və servislərin reklam yeniləmələrini göstərir. Proqram təminatı bir milyondan çox istifadəçi tərəfindən yükləndikdən və "Reddit" saytında onun saxta olması barədə məlumatlar dərc edildikdən sonra "Google" şirkəti proqramı "Google Play" mağazasından silərək tərtibatçını bloklayıb.
Təhlükəsizlik üzrə mütəxəssislərin məlumatına görə, oxşar hadisə tez-tez baş verir. Mağazada mütəmadi olaraq "Facebook" və digər populyar əlavələrin saxta versiyaları yer alır. Məsələn, saxta "Facebook" versiyası 10 milyon dəfədən çox yüklənib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub