“Facebook” sosial şəbəkəsinin mütəxəssislər qrupu Lissabonda keçirilən “Web Summit” tədbirində yeni “Customer Chat Plugin” funksiyasını əlavə edən “Messenger 2.2” platformasını nümayiş etdirib. Yeni funksiya şirkət saytlarında “Facebook Messenger” funksionallığından istifadəyə imkan verəcək.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkə artıq “Customer Chat Plugin” funksiyasının qapalı beta testinə başlayıb. Hazırda sınaq proqramında 12 şirkət iştirak edir, eyni zamanda digər tərtibatçılar üçün virtual növbəyə yazılmağa imkan yaradılıb.
Məlumata görə, kross platformalılığı nəzərdə tutan funksiya internet saytından smartfon və ya planşetdəki adi “Messenger” əlavəsinə keçid alan zaman söhbətin tarixçəsinin və kontekstinin silinməsinə imkan vermir.
“Customer Chat Plugin”, həmçinin “Messenger” platformasının bütün mövcud imkanlarını, o cümlədən ödənişləri, müxtəlif kontentlə işi və s. dəstəkləyir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub