Tel-Əvivdən olan alimlər sosial şəbəkə istifadəçilərinin profil şəkillərinə animasiya effektləri verən proqram təminatı yaradıb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, sözügedən proqramla artıq "Facebook" sosial şəbəkəsi də maraqlanmağa başlayıb.
Proqramın əsas özəlliyi istifadəçilərin profil şəkillərinin onlara verilən reaksiyaya adekvat cavab verməsindən ibarətdir.
Öz növbəsində "Facebook" proqramçıları əldə etdikləri bu texnologiyanı bir qədər də müasirləşdirərək, yaxın gələcəkdə profil şəkillərinin istifadəçilər arasındakı yazışmalara da reaksiya verməsinin mümkün olacağını açıqlayıb.
Qeyd edək ki, bir müddətdən sonra proqram təminatı üzrə mütəxəssislər "Facebook"dakı yazışma mətnlərinin emalı üçün yeni texnologiyanın istifadəyə verilməsini planlaşdırır.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub