“Facebook”un messencerində 4K formatlı fotolar göndərmək mümkün olacaq.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkədən bildiriblər ki, yüklənən şəkillər artıq keyfiyyətini itirməyəcək.
“Facebook” üçün şəkillərin miqyası 4096х4096 pikselə çatacaq ki, bu da internet xidmətləri üçün keyfiyyət göstəricisi hesab edilir.
Hər ay sosial şəbəkə istifadəçiləri təxminən 17 milyard foto mübadiləsi həyata keçirir. Bu səbəblə onlar sosial şəbəkə rəhbərliyinə standart messenceri təkmilləşdirmək xahişi ilə müraciət ediblər. Artıq ABŞ, Kanada, Fransa, Avstraliya, Honkonq, Sinqapur, Cənubi Koreya və Yaponiyada yenilik tətbiq olunub. Yaxın həftələrdə 4K yükləmə funksiyası bütün istifadəçilərə əlçatan olacaq.
“Facebook” qeyd edir ki, fotonun böyüklüyü sürətə heç cür təsir etməyəcək və istifadəçilər əvvəl olduğu kimi, yenə də sürətlə fayl mübadiləsi apara biləcəklər.
Xatırladaq ki, bu günlərdə videosüjetlərin təhlili və redaktəsi üçün “Facebook Creator” təqdim edilib.
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
576 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
532 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
503 dəfə oxunub
4
Zəngilana növbəti köç karvanı yola salındı
502 dəfə oxunub
5
Əli Əsədov yeni qərar imzaladı
501 dəfə oxunub