iPhone 7 və iPhone 7 Plus smartfonlarının Azərbaycanda rəsmi satışını təqdim edən yeganə mobil operator Azercell, 24 Fevral 2017-cı il tarixindən etibarən çox sərfəli şərtlərlə növbəti “iPhone” kampaniyasına başlayır. Yeni kampaniya çərçivəsində bütün Azercell abunəçiləri iPhone 7 telefonlarını ilkin ödənişsiz aylıq cəmi 109 AZN-dan başlayan qiymətlərlə əldə edə biləcəklər. Kampaniyada iştirak etmək üçün abunəçilər Azercell Ofislərinə (B.Bagırova 2, Tagiyev 18, 28 may kuç. 33A) yaxınlaşıb, mövcud təkliflərdən birini seçməlidirlər. Bununla onlar güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet” tariflərindən birinə qoşularaq, iPhone telefonlarından birini əldə edəcəklər.
|
Hedsiz DATA |
Hedsiz Voice |
Hedsiz |
||
|
iPhone 7 32GB |
12-ay |
199 |
209 |
229 |
|
18-ay |
139 |
149 |
169 |
|
|
24-ay |
109 |
119 |
139 |
|
|
iPhone 7 128GB |
12-ay |
229 |
239 |
259 |
|
18-ay |
159 |
169 |
189 |
|
|
24-ay |
129 |
139 |
159 |
|
|
iPhone 7 plus 128GB |
12-ay |
259 |
269 |
289 |
|
18-ay |
179 |
189 |
209 |
|
|
24-ay |
139 |
149 |
169 |
Azercell şəbəkəsinə yeni keçmiş abunəçi kampaniyaya qoşulmaq üçün öncə istifadə etdiyi operatordan son 6 aylıq fakturanı təqdim etməlidir. 1 abunəçi kampaniyadan yalnız bir telefon əldə edə bilər. Qeyd etmək lazımdır ki, iPhone 7 və iPhone 7 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batareyaya və suya/toza davamlılığı ilə seçilir.
Məlumat üçün bildirək ki, Novruz bayramı ərəfəsində abunəçiləri yeni-yeni kampaniyalar gözləyir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub