Məşhur mesajlaşma şəbəkəsi olan Vatsap daha bir yeniliyin tətbiqinə başlayır.
Publika.az xəbər verir ki, Vatsapın uzun müddətdir tətbiq etdiyi səsli mesaj xidməti yenilənir.
Belə ki, qarşı tərəfə səsli mesaj göndərmək üçün istifadəçi “mikrofon” işarəsini sıxıb saxlamalı, yalnız göndərmək istəyəndə əlini çəkməlidir. Bu isə bir çox istifadəçilər, xüsusən də, avtomobil idarəçiləri üçün bir işgəncəyə çevrilir. Bu gündən başlayaraq tətbiq edilən yenilənmə ilə artıq səsli mesaj göndərmək daha asan olacaq.
Bunun üçün səs yazısına başlayanda “mikrofon” işarəsini sıxmaq, səsi qeydə aldıqdan sonra isə göndər işarəsini seçməyiniz kifayətdir. Hazırda bu yenilik sadəcə iOS istifadəçilərinin xidmətindədir.
“AppStore”da Vatsapı yeniləməklə istifadəçilər bu yenilikdən yararlana bilər. Yaxın zamanda Android istifadəçiləri də səsli mesajı yeni üsulla göndərə biləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub