Ən köhnə messencerlərdən biri - "AOL Instant Messenger” ("AIM”) öz fəaliyyətini dayandırıb.
Unikal.org ICTnews-a istinadən xəbər verir ki, hazırda "AIM” servisində bütün fərdi məlumatlar, həmçinin yazışmalar silinib.
Lakin, istifadəçilər bundan sonra da "aim.com” domenində elektron poçtdan istifadə edə biləcəklər.
Qeyd edək ki, "AOL” internet nəhəngi tərəfindən hazırlanmış "AIM” messenceri 1997-ci ildə istifadəyə verilib. 2012-ci ildə "Windows” üçün sonuncu versiya təqdim olunub, "iOS” və "Android” mobil platformaları üçün versiyalar 2017-ci ilin yayında yenilənib.
2006-cı ildə amerikalı internet istifadəçilərinin 50%-dən çoxu "AIM” messencerindən istifadə edirdi. Həmin vaxtlar servis "Microsoft” şirkətinə məxsus "MSN Messenger”, "Yahoo! Messenger” və "ICQ” ilə rəqabət aparırdı. "Google Chat” və "Hangouts”, "Skype”, "Twitter”, "Facebook Messenger”, "WhatsApp” və "LinkedIn” kimi layihələrin istifadəyə verilməsindən sonra "AIM”-in populyarlığı son dərəcə azaldı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub