"Feysbuk" sosial şəbəkəsinin yalan xəbərlərin yayılmasına qarşı tətbiq etdiyi üsul əks effekt verib.
Mynews.az xəbər verir ki, şirkət yalan xəbərlərin oxunmaması üçün tətbiq etdiyi üsulu ləğv etmək qərarına gəlib.
Belə ki, şirkət yalan xəbərlərin istifadəçilər arasında yayılmasının qarşısını almaq üçün mənbəyi məlum olmayan və yalan hesab etdiyi xəbərlərin yanında “mübahisəli” əlavəsini vermişdi. Bununla da yalan xəbər oxumaq istəməyənlərə seçim imkanı yaratmışdı. Lakin bu addım əks reaksiya ilə qarşılanıb. Çünki istifadəçilərin çoxu məhz bu cür yazıları oxumağa başlayıb.
Ona görə də, şirkət bu xidməti ləğv etmək qərarını verib. Bunun əvəzində xəbərlərin yanında “əlaqəli xəbərlər” əlavəsi vasitəsilə mənbəyi dəqiq olan məlumatlar veriləcək.
Sınaq mərhələsində tətbiq edilən yeni üsuldan sonra xəbərlərin oxunma sayında fərq olmadığını görüb. Lakin yalan xəbərlərin yanında daha dəqiq məlumatlar əlavəsi yer alandan sonra həmin xəbərlərin daha az paylaşıldığı müşahidə edilib.
Feysbuk hazırda yalan xəbərlərin yayılmasının qarşısını almaq üçün yeni üsullar axtardığını bildirib.(publika.az)
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub