Çinin Cıcian universitetinin polimer elmlər və mühəndislik departamentinin mütəxəssisləri beş saniyəyə tam enerji yığan aliminium–qrafen batareya hazırlayıblar. Sürətli enerjiyığma rejimində isə batareya 1,1 saniyəyə tam dolur.
Mynews.az xəbər verir ki, hazırlanmasında anod üçün qrafen lent, katod üçün isə alüminiumdan istifadə edilən yeni batareyanın 250 min dəfə enerji yığacaq qədər ömrü var. Bu, o deməkdir ki, hər hansı smartfona yerləşdirilən batareya gündə 10 dəfə enerji yığsa belə, 70 il istifadə oluna bilər.
Cıcian Universitetinin alimləri hazırladıqları bartareyanın mənfi 40 dərəcə və müsbət 120 dərəcə temperatura davamlı olduğunu iddia etsələr də, onun kütləvi şəkildə istehsalı və istifadəsi üçün texniki baxımdan hələ çox iş görmək lazım gəldiyini bildirirlər. (Azərtac)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub