Dünyanın ən çox istifadə edilən "Feysbuk" şəbəkəsi reytinqini itirir.
2 milyarddan çox aktiv istifadəçisi olan şəbəkədə istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi qorunmur. Belə ki, ismarıc bölməsində istənilən şəxsə müxtəlif zamanlarda göndərilən faylları (şəkillər, videolar, doc.fayllar ) sonradan silmək mümkün deyil.
İstifadəçilər söhbət arxivini silsələr də, daha əvvəl göndərilən bütün şəkillər ismarıc bölməsində olduğu kimi qalır. Onları ayrı-ayrılıqda silmək də mümkün deyil.
Məhz bu səbəbdən şəbəkə istifadəçiləri status paylaşaraq kütləvi şəkildə öz hesablarını bağlayırlar.
Xatırladaq ki, şəbəkənin rəsmi qaydalarına görə, şəxsi hesabı dondurulan hər bir istifadəçinin hesabı (aktiv fəaliyyət ərzindəki bütün məlumatlar daxil olmaq şərtilə) 14 gün müddətində aktivləşdirilmədikdə bazadan bərpa edilməmək üzrə silinir.
"Feysbuk" isə mövcud problemlə bağlı heç bir açıqlama verməyib. / publika
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub