"Facebook" videoçatla ünsiyyət qurmaq üçün videokamera istehsal edəcək.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, "Portal" adlanan cihaz may ayında satışa çıxarılacaq.
Cihaz barəsində məlumat verən şirkət mənbələri bildiriblər ki, kamera mikrofon və dinamiklərə malik olacaq. "Portal"ın köməyi ilə dostlarla video görüntülü zəngləşmək mümkün olacaq. Həmçinin cihaz istifadəçinin səsli əmr və göstərişlərini də anlayacaq.
"Portal" "Netflix" və "Spotify" xidmətləri ilə inteqrasiya ediləcək. Yəni onun vasitəsilə filmlər izləmək və musiqi dinləmək mümkün olacaq.
"Facebook" bu şayiəyə şərh verməkdən imtina edib. Ancaq insayderlər əlavə ediblər ki, "Portal" bu ilin may ayında satışa çıxarılacaq. Onun qiyməti isə 499 dollar təşkil edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub