“WhatsApp” yeni “WhatsApp Business” adlı tətbiqini yayımlayıb.
Metbuat.az-ın xəbərinə görə, proqram “Facebook” tərəfindən pulsuz olaraq yüklənmək üçün təqdim edilib. Bu tətbiq kiçik şirkətlərin potensial müştərilər tərəfindən tanınmasını asanlaşdıracaq. Şirkət sahibləri üçün nəzərdə tutulan bu yenilik “WhatsApp” üçün bir şirkət profili yaradıb şirkətin məqsədini göstərməyinizə icazə verir. Şirkət üçün elekron poçt ünvanı və internet saytı “URL”si də əlavə edə bilərsiniz.
Tətbiqi hazırlayarkən zamanınıza qənaət etmək üçün bəzi funksiyalar düşünülüb. Belə ki, sürətli cavablar sayəsində tez-tez verilən suallara cavab verə, mesajlarınızın baxış statistikasını görə bilərsiniz.
“WhatsApp Business” normal istifadəçilərə şirkət hesabı olaraq görülür. Firma bu hesablara yaxın gələcəkdə “təsdiq edilmiş hesab” xüsusiyyətini gətirməyi planlayır. İstifadəçilər digər istifadəçiləri əngəlləyə bildikləri kimi şirkətləri də əngəlləyib, spam olaraq qeyd edə bilərlər.
“WhatsApp Business” hazırda, “Google Play”də İndoneziya, İtaliya, Meksika, İngiltərə və ABŞ üçün təklif edilir. Tətbiqi Türkiyə və digər ölkələr gələcək həftələrdə yükləyə biləcəklər.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub