Mynews.az xəbər verir ki, “iPhone X” dünyada ən çox satılan smartfon seçilib. “Əpl” şirkəti ötən ilin son rübündə 29 milyon “iPhone X” smartfonu tədarük edib.
Amerikalı analitik Ben Stenton şirkətin müəyyən dövrdə problem yaşadığını desə də, sonradan vəziyyəti ələ almağı bacardıqlarını qeyd edib:
"Əpl" noyabrın əvvəlində tədarüklə bağlı problem yaşadı. Lakin, noyabr ayının sonu və dekabrın əvvəllərində böyük istehsal artımına nail olub. Bu, şirkətə rübün sonuna yaxın bazar tələbatını təmin etməyə və hətta yüksəltməyə kömək edib".
Bahalı “iPhone X” smartfonunun yüksək populyarlığı iki amillə əsaslandırılır: kreditlərə asan müraciət və köhnə qurğuların dəyişdirilməsi proqramları. Belə ki, köhnə “iPhone” qurğusunun sahibi öz qurğusunu “Əpl” şirkətinə təhvil verərək yeni qurğu üçün endirim əldə etmək imkanına malikdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub