“Instagram”da ən yaxın zamanda videozəng funksiyası işə düşəcək.
Mynews.az xəbər verir ki, bu barədə “Wabetinfo” portalında məlumat dərc olunub.
Saytın məlumatına görə, adıçəkilən sosial şəbəkə hal-hazırda istifadəçilər arasında videorabitə imkanlarını sınaqdan keçirir. Mobil tətbiqin aktual versiyasında “Instagramın” yeni funksiyasına işarənin olduğunu görmək mümkündür. Gələcəkdə ismarıc bölməsini açıb, konkret istifadəçini seçdikdə, yuxarı sağ kənarda “kamera” piktoqramı peyda olacaq.
Tətbiqin proqram təminatını araşdıran ekspertlər hal-hazırda düymənin aktiv olmadığını öyrənib. Habelə yaxın zamanda istifadəçilərin “Instagram” vasitəsilə bir-birilə görüntülü şəkildə birbaşa ünsiyyət qura biləcəyi bildirilir. Texnologiyanın istifadəyə veriləcəyi dəqiq tarix bəlli deyil. (oxu.az)
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub