“Facebook” sosial şəbəkəsinin istifadəçiləri arasında intihara meyilli insanları təsbit etmək üçün yeni süni zəka vasitələri istifadəyə veriləcək.
Mynews.az-ın verdiyi məlumata görə, AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu layihə hələ ki, yalnız ABŞ-da tətbiq ediləcək. “Facebook”un mesaj sistemi olan “Messenger” və canlı video platforması “Facebook Live”ə əlavə olunacaq yeni vasitələr sayəsində paylaşımlarda, şərhlərdə və videoda intihara meyilli olduqlarının ip uclarını verən istifadəçilərə zamanında kömək etmək mümkün olacaq. Yeni vasitələr həmin istifadəçinin “dostlarına” çatdırılmasını da təmin edəcək. İstifadəçi “Facebook Live”də intihar edəcəyi təəssüratı verməyə başladığı zaman ekranında avtomatik olaraq “bir dosta çat” və ya “yardım xətti” variantları meydana çıxacaq.
Şirkət bir müddət idi ki, paylaşım hissəsində mesaj və şərhlərdə ola biləcək intihar əlamətlərini diaqnoz edən proqram vasitələrini istifadə edib. Hazırda bu vasitələr “Messenger” və “Facebook Live”i də əhatə edəcək şəkildə genişlənib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub