Bu gündən etibarən azərbaycanlı istifadəçilər böyük əks-səda doğurmuş və geniş müzakirələrə yol açmış “Get Contact” mobil tətbiqinə daxil ola bilmir.
Mynews.az xəbər verir ki, bu barədə sosial şəbəkərlərdə məlumat yayılıb.
Bunun səbəbinin tətbiqin şəxsi məlumatları yaymaqla, məxfiliyi pozması olduğu güman edilir.
Xatırladaq ki, “Get Contact” mobil tətbiqi nömrəsi əlaqə nömrələri siyasında qeydə alınmamış abonentin adını öyrənmək məqsədilə hazırlanıb. Axtarış sətrinə mobil nömrə daxil etdikdə, istifadəçi həmin abonentin digər şəxslərin telefon kitabçasında qeyd olunan adını görə bilir.
Ancaq heç də hamı proqramdan təyinatı üzrə istifadə etməyib. Çoxları ondan başqalarının telefon kitabçasında hansı adlarla qeydə alındığını öyrənmək məqsədilə istifadə edib, özlərinin və yaxınlarının nömrələrini yoxlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub