"WhatsApp” messenceri fevralın 6-dan səsli rabitə ilə ünsiyyət quran müsahiblərin sayını 5 nəfərə qədər artırıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, artıq “WhatsApp”ın köməyi ilə eyni anda 5 nəfər danışa biləcək.
Bildirilir ki, hazırda bu funksiya test rejimində işləyir. Onun “WhatsApp” istifadəçiləri üçün bir neçə həftədən sonra əlçatan olacağı gözlənilir. Biri-biri ilə danışan iki şəxs söhbətlərinə daha üç nəfər əlavə edə bilmək üçün mobil internet və ya Wi-Fi-dan istifadə etməlidirlər. Messencerin sağ yuxarı hissəsində tərtibatçılar söhbət üçün yeni iştirakçıları əlavə etməyə imkan verən düymə yerləşdiriblər. Bu müsahiblərin əlaqə nömrələri cihazın telefon kitabçasında olmalıdır.
Qeyd edək ki, belə bir funksiya “Skype”dan başqa “WhatsApp”ın heç bir analoqunda mövcud deyil.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub