"WhatsApp" şirkəti eyniadlı messencerdə pulköçürmə sisteminin tətbiq edir.
Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, "WhatsApp" artıq Hindistanda ödəniş sistemini sınaqdan keçirir. Ekran görüntülərində bu sistemi dəstəkləyən banklardan ibarət böyük siyahını görmək olar. Funksiyadan istifadə etmək üçün SMS kod vasitəsilə telefon nömrəsini təsdiqləmək və hesab açılmış bankı seçmək lazımdır.
Pulköçürmə sistemi "Unified Payments Interface" (UPI) interfeysinə əsaslanır. İstifadəçilər bir-birinə pulu birbaşa messencerdə komissiyasız göndərə biləcəklər. İlkin mərhələdə messencer yalnız istifadəçilər arasında ödənişləri dəstəkləyəcək. Gələcəkdə şirkət messencerə Çinin "WeChat" messencerində olduğu kimi müxtəlif xidmətlərin ödənişini əlavə edə bilər (məsələn taksi, yaxud yemək sifariş etmək və ödəmək).
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub