Rusiyada “Youtube”a girişdə məhdudiyyət yaranıb.
Yenicag.az xəbər verir ki, Moskva, Sankt-Peterburq, Krasnodar, Novosibirsk və bir sıra başqa şəhər sakinləri sosial şəbəkələrdə bu barədə məlumat yayıb. Onların sözlərinə görə, “Youtube”-a daxil olduqları zaman videolara baxmaq mümkün olmur, bəzi kanallar ümumiyyətlə açılmır.
Qeyd edək ki, Rusiya Dövlət Nəzarət Xidməti “Youtube” və “İnstagram” kimi sosial şəbəkələrə biznesmen Oleq Deripaska və vitse-prezident Sergey Prixodko ilə bağlı məlumatları və videoları silməyi tələb edib. Bu məlumatları eskort-model və bloger, “Nastya Rıbka” ləqəbli Anastasiya Vaşukeviç yerləşdirib. Yerləşdirilən kadrlar Deripaska və modelin istirahətini əks etdirir. Videolar biznesmenin Norveçdəki yaxtasında çəkilib.
İstifadəçilər yaranan problemin bununla bağlı olduğunu düşünürlər.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub