Azərbaycanda şirkətlərə kiberhücum cəhdləri 2,2 milyonu üstələyib.
Oxu.Az xəbər verir ki, onların əksəriyyəti-84 %-i Bakıda, 11%-i Abşeronda qeydə alınıb.
Paytaxtda hücuma məruz qalan korporativ kompüterlərin sayı ümumilikdə 11 min təşkil edib. Kiberhücumlara yol açan ən geniş yayılan səbəblər aşağıdakılardır:
1. Zərərəli proqram təminatı
2. Əməkdaşların İP resusrslardan düzgün istifadə etməməsi
3. korporativ məlumatların saxlandığı cihazların itirilməsi
2016-cı ildə Azərbaycanda qeydə alınan bu göstərici qlobal tendensiya ilə eyni səviyyədə artmaqda davam edir. Belə ki, "Kasperskiy Lab" şirkətinin araşdırmalarına əsasən, 2016-cı ildə dünyadakı hər qurum ən azı 1 dəfə kiberhücuma məruz qalıb.
Ümumilikdə kiberhücumlardan kiçik və orta biznesə təxmnən 86,5 min dollar, böyük bizneslər isə 861 min dollar zərərə düşüb.
Araşdırmanın nəticələrinə görə, şirkətlərin 43%-i kiberhücumlar nəticəsində mühüm əhəmiyyətli informasiya itkisi ilə üzləşiblər. Hər 3-cü şirkət təxminən 37% kommersiya sirri və ya əqli mülkiyyətlə bağlı, hər 4-cü şirkət isə maliyyə məlumatlarının oğurlanması halları ilə qarşılaşıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub