Telefonun dəstəyini qaldıran kimi... - videokamerada qeydə alınır
Bakı Metropoliteninin bütün stansiyalarında bir müddətdir üzərinə SOS yazılmış aparatlar quraşdırılıb. Əksər metro istifadəçiləri bu aparatlardan hansı hallarda istifadə olunması barədə məlumatsızdırlar.
Əslində bu aparatlar nə məqsədlə quraşdırılıb?
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu aparatlar yalnız fövqəladə hadisələr zamanı istifadə üçün nəzərdə tutulub. Belə hal baş verərsə, həmin aparatlar vasitəsilə birbaşa dispetçerə məlumat verilir: "Aparatdakı telefonun dəstəyini qaldıran kimi zəng edən şəxs videokamera vasitəsilə qeydə alınır. Yəni hər hansı yanlış məlumat zamanı bunu ayırd etmək mümkündür. Eyni zamanda, aparatdakı digər kamera vasitəsilə dispetçer verilən məlumatın doğruluğunu canlı olaraq izləmək imkanına malikdir. Yəni, məlumat verilərkən dispetçer stansiyadakı müşahidə kamerası ilə həmin ərazini görə bilir".
N.Paşayev bildirib ki, bu vaxta qədər stansiyalarda hər hansısa fövqəladə hadisə baş vermədiyi üçün aparatlardan istifadə edilməyib: "Lakin bir neçə məsuliyyətsiz sərnişin bu aparatdan istifadə edib. Nəticədə həmin şəxslər inzibati məsuliyyətə cəlb ediliblər”.
Texnologiya
- “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTOLAR
- “Nar” sərfəli smartfon modellərini təqdim edir
- “Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq
- "Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı - FOTOLAR
- “Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu - FOTOLAR
- “Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda daha bir zəlzələ oldu 1069 dəfə oxunub
- Dönərdən daha bir kütləvi zəhərlənmə - 18 nəfər xəstəxanalıq oldu 1067 dəfə oxunub
- Azərbaycanda xərçəng xəstəliyi niyə artır? 579 dəfə oxunub
- 19 yaşlı qız qəfil vəfat etdi 579 dəfə oxunub
- 19 yaşlı qız qəfil vəfat etdi 569 dəfə oxunub