Jurnalist Even Blass yeni Samsung Galaxy S9 və S9+ smartfonların qiymətini açıqlayıb.
Mynews.az oxu.az-a istinadən məlumatına görə, o, bu barədə Twitter-də yazıb.
Blass bildirib ki, Galaxy S9-un qiyməti 841 avro (1750 manat) olacaq. S9+ smartfonu isə alıcılara 997 avroya (2070 manat) başa gələcək.
5,8 düym diaqonallı ekrana malik S9 və 6,2 düym ölçüdə ekrana malik S9+ əvvəlki nəsil smartfonlardan çox fərqlənməyəcəklər.
Birinci model dörd giqabayt əməliyyat və 64 giqabayt quraşdırılmış yaddaşa, ikinci model isə müvafiq olaraq altı və 128 giqabayt yaddaşa malik olacaq.
Galaxy S9 və S9+ əsas üstünlükləri şəkil və videoların emalı üçün aparat və proqram təminatının yenilənməsdir.
Qeyd edilir ki, smartfonlar martın 16-dan satışa çıxarılacaq.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub