Ən böyük sosial media platformalarından biri olan “Instagram” yeni funksiyalar ilə öz istifadəçilərini sevindirməyə davam edir.
Mynews.az Technote-yə istinadən xəbər verir ki, “Boomerang”, “Live”, “Super Zoom” kimi yeniliklərlə daha maraqlı formaya gələn “Instagram” daha bir funksiyanı tətbiq edib.
Bu, 2017 və 2018 model telefonlarda olan portret modu, yəni “Focus”dur.
Telefonla şəkil çəkən zaman kamera bir nöqtəyə fokuslanır və həmin nöqtənin ətrafını blur və ya bulanıq edir.
Bu funksiyanın əsası keçən il çıxan bir çox telefon modelində tətbiq edilən kamera xüsusiyyətlərinə əsaslanır. Bir çox istifadəçi bu xüsusiyyəti sevsə də, yüksək məbləğlər verib yeni telefon almaq istəmirdi.
Şəkildə gördüyümüz kimi, bu funksiya “Instagram”ın “Hekayələr” ekranında olacaq. Bu funksiya hələ ki, bütün istifadəçilər üçün əlçatan deyil.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub