“Facebook”un Dizayn proqramı direktoru Mişel Morrison “Facebook”un hər gün böyüməyə davam etdiyini, bu platformadan 2 milyard insanın istifadə etdiyini söyləyib.
Dünyadakı hər kəsi bir araya gətirmək istədiklərini yazan Morrison “sosial dəyər yaratdığımız müddətcə böyüməyə davam edəcəyimizə inanırıq” deyib.
O, “Facebook”u ən çox istifadə edən ölkənin ABŞ olduğunu, ondan sonra Kosta- Rika və İndoneziya kimi ölkələrdə böyüdüklərini vurğulayıb. Morisson onu da deyib ki, “Facebook” da çalışmaq əlçatmaz bir şey deyil: “Dünyanın hər yerindən insanları işə götürürük. Bütün dünyada 16 ofisimiz var. hər hansı bir Türk dizayner “Facebook” üçün çalışmaq istəyirsə, ən uyğun ofisi tapıb müraciət edə bilər. Öz sahənizdə ən yaxşı dizayner olmanız lazımdır.
Eyni zamanda, məhsul və ünsiyyəti də çox yaxşı bilməniz lazımdır. “Facebook”un maraqlandığınız sahələrdən birində şansınız ola bilər. Dizayn Türkiyədə böyüyən sahələrdən biridir. Türkiyədə dizayn sahəsini yavaş- yavaş böyüdərək inkişaf edirik.” Facebook” çalışmaq qeyri-mümkün deyil, hər kəs müraciət edə bilər. ”
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub