“Facebook” vəd etdiyi kimi yeni funksiyanı işə salıb, həmin funksiyanın yardımı ilə istifadəçi hər hansı bir xəbərin həqiqətəuyğun olmadığı və ya uydurma olmasından şübhələnərkən bunu açıq bəyan edə bilərlər. Belə ki, məqalələrin yanında indi xüsusi işarə olacaq, bu işarə həmin məqalədə təsvir edilən faktın şübhə doğurduğunu göstərəcək.
Mynews.az bu barədə TASS-a istinadən xəbər verir.
“Facebook” nümayəndələrinin dediyi kimi alqoritm də işləyir. Sosial şəbəkədə saxta məlumat görərkən istifadəçilər müvafiq hissəsinə vuraraq onun həqiqətəuyğun olmadığını bildirirlər. Daha sonra xəbər xüsusi saytların ekspertləri tərəfindən yoxlanılacaq. Əgər informasiyanın həqiqətəuyğun olmadığı aşkar edilərsə, bu xəbərin üzərində içində nida işarəsi olan üçbucağın yerləşdiyi qırmızı kvadrat işarəsi olacaq.
İstifadəçi arzu edərsə, keçiddə verilən materialda bu və ya digər xəbərin niyə həqiqətəuyğun olmadığını oxuya bilər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub