"Cambrigde Analytica" şirkəti ilə bağlı qalmaqal fonunda "#deletefacebook" - "Facebook hesabını ləğv et" çağırışlı fleşmob keçirilir.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Bu heşteqlə çıxan məlumatlarda, populyar sosial şəbəkədən imtina və hesabın silinməsi ilə bağlı tövsiyə xarakterli resurslar təqdim olunur.
Kütləvi virtual aksiyaya "Cambridge Analytica" şirkətinin 50 milyondan çox "Facebook" istifadəçisinin şəxsi məlumatlarından öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təkan verib.
İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən "Cambridge Analytica" seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini ərsəyə gətirib.
"Facebook" təsisçisi Mark Zukerberq buna görə üzrxahlıq edərək, "insanların etimadını doğrultmadığına" görə təəsüfləndiyini bildirib.
O, qalmaqalla əlaqədar Konqresdə ifadə verməyə hazır olduğunu diqqətə çatdırıb.
Zukerberq eyni zamanda bildirib ki, "#deletefacebook" aksiyasının keçirilməsinə baxmayaraq, sosial şəbəkə istifadəçilərinin sayında böyük azalma nəzərə çarpmır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub