Sevilen mesajlaşma tətbiqi WhatsApp üçün yeni bir xüsusiyyət daha əlavə edilib. Yeniləmə ilə birlikdə əlavə olunan bu yeni xüsusiyyətlər nələrdir?
Mynews.az teach.az-a istinadən xəbər verir ki,WhatsApp, Google Play Beta Proqramı vasitəsilə yeni bir yeniləmə daha təqdim edib. 2.18.93 versiya nömrəsinə sahib bu yeni yeniləmə, səhv düzəltmələrini və performans yaxşılaşdırılmalarının yanında, inkişaf etmiş axtarış xüsusiyyətlərini də ehtiva edir.
Xatırlayacaq olsaq bundan əvvəlki 2.18.90 versiya nömrəli WhatsApp yeniləməsiylə inkişaf etmiş smaylik axtarış xüsusiyyəti əlavə olunmuşdu. İndi isə 2.18.93 versiya nömrəsinə sahib yeniləmə ilə birlikdə istifadəçilər inkişaf etmiş GIF axtarışı da edə biləcək.
Ayrıca yeniləmə ilə birlikdə GIF hissəsində də eyni smaylik hissəsində olduğu kimi müxtəlif kateqoriyalar və sevimli GIF-lər hissəsi iştirak edəcək. Son olaraq GIF hissəsi ilə əlaqədar yeni xüsusiyyətlərin, mənfi geri bildirişlərə görə sonrakı aktuallaşdırmağa qədər təqdim edilməyəcəyini də bildirmədən keçməyək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub