USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bu Çin telefonlarında viruslar aşkarlandı

23:06 29.03.2018
Bu Çin telefonlarında viruslar aşkarlandı
23:06 29.03.2018

“Doctor Web” antivirus laboratoriyasının mütəxəssisləri  Çində istehsal olunan 45 “Android”  smartfonunun zavoddan gəlmə proqram təminatında viruslar aşkarlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Newsru.com” məlumat yayıb.

“İstifadəçilər bildiriblər ki, bizim antivirus onların yeni telefonlarında zərərli proqram təminatı aşkarlayıb. Aparılan təhlillərdən sonra, aydın oldu ki, zərərli proqram elə telefonun daxili sistemində yerləşir, ora kənardan hər hansı virus daxil ola bilməz; böyük ehtimalla elə istehsal prosesində bu virusu ora daxil ediblər” deyə şirkətin baş direktoru Boris Şarov bildirib.

 Onun sözlərinə görə, ziyanlı proqram təminatı “Android” əməliyyat sistemi ilə çalışan 45 modeldə aşkarlanıb. Söhbət əsasən “Leagoo”, “Zopo Speed 7 Plus”, “UHANS A101”, “Doogee”, “Umi London”, “Tesla SP6.2”, “Haier T51”, “Cherry Mobile Flare” adlı Çin telefonlarından gedir.

Məlumata görə, bu telefonların proqram təminatında olan qabaqcadan quraşdırılmış virus, istifadəçilərin şəxsi məlumatlarını uzun çoxsaylı serverlərə göndərə bilir.


Texnologiya

Xəbər lenti