WhatsApp istifadəçilərinə yeni xüsusiyyətlər təqdim etməyə doymur.
Mynews.az teach.az-a istinadən xəbər verir ki, mesajlaşma platforması indi də mobil operator dəyişənləri və ya yeni telefon nömrəsi alanları məmnun edəcək. WhatsApp nömrə dəyişdirmə xüsusiyyəti daha inkişaf etmiş halıyla gəlir. iOS, Android və Windows Phone üçün təqdim edilən mövcud nömrə dəyişdirmə xüsusiyyəti sayəsində yeni bir telefon nömrəsi aldığınızda Ayarlar menyusundan nömrə dəyişikliyi edib məlumatınızı yeni nömrənizə yükləyə bilərsiniz. Söhbət keçmişi də saxlandığı kimi mövcud qruplarınıza da nömrənizi dəyişdirdiyinizə dair bildiriş gedir. Bu sayədə qruplara təkrar qoşulma dərdi yaşamırsınız. İndi isə daha çox işlərlə istifadəçilərə daha çox nəzarət təmin ediləcək.
Əvvəlcə yeniliyin hələlik Android üçün WhatsApp 2.18.97 beta versiyası içərisində iştirak etdiyini ifadə edək. iOS və Windows Phone üçün isə daha gözləmək lazımdır. İndi nömrə dəyişdirmə xüsusiyyətinin yeniliklərinə bir baxaq. Bundan belə istifadəçilər istədiyi təqdirdə seçdiyi və ya bütün şəxslərini nömrə dəyişdirdiyinə dair WhatsApp üzərindən məlumatlandıra biləcəklər. Hətta daha əvvəl söhbət etdiyiniz adamın belə məlumatlandırma imkanına sahib olacaqsınız.
Ayarlar / Hesab / Nömrə Dəyiş menyusu altında nömrənizi yenilədikdən sonra tətbiq sizə məlumatlandırma etmək istəyib istəmədiyinizi soruşacaq. Bu arada şəxslərə məlumat vermək istəməsəniz belə qruplarınızda dəyişikliyin göstəriləcəyini bildirək. Bu yeniliklə hər kəsi xəbərdar etmə mövzusunda çətinlik yaşamayacaqsınız.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub