“Wabetainfo” saytı “WhatsApp” messencerinin “Android” mobil əməliyyat sistemi üçün beta versiyasında yeni funksiyalar haqda məlumat verib. Messencerin 2.18.71 versiyasına səsli mesajlarla bağlı iki yeni funksiya əlavə edilib.
Mynews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, indi uzun səsli mesajların yazılması vaxtı istifadəçi barmağını düymənin üzərinə sıxıb saxlamalı olmayacaq, barmağı sadəcə olaraq yuxarı “scroll” etməklə səsli mesaj yazmaq mümkün olacaq. Lakin səs yazısını istifadəçi özü dayandırmalı olacaq. Digər bir yeni funksiya odur ki, indi səsli mesajı göndərməzdən öncə onu dinləmək və yalnız bundan sonra paylaşmaq mümkündür.
Həmçinin stikerlərin həcminin göstərilməsi kimi kiçik bir yenilik edilib. Bu isə daxili yaddaşı az olan smartfonlar üçün əlverişli olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub