“Facebook” rəhbərliyi sosial şəbəkədə səhifələri məşhur olan istifadəçilərin kimliyini yoxlayacağını bəyan edib.
Mynews.az xəbər verir ki, bununla şirkət “feyk” xəbər və təbliğatların yayılması ilə mübarizə aparmağa çalışır.
“Facebook” rəhbəri Mark Zukerberq bildirib ki, bütün xüsusi məşhur səhifələr yoxlamadan keçəcək. Yoxlamaya etiraz edənlərə məlumat yaymaq qadağan ediləcək. Bu addım istifadəçilərin şəxsiyyətlərini gizlətmək məqsədi ilə saxta hesablardan istifadə etməsinin qarşısını almaq üçün nəzərdə tutulub.
Həmçinin M. Zukerberq bildirib ki, siyasi reklamın idarə edilməsi təklifini dəstəkləyir. Əgər bu təklif qəbul olunarsa, sosial şəbəkələr reklamı yaradan haqqında daha çox məlumat toplamalı olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub