Çinin “Doogee” şirkəti displeyi səthinin 97 faizini tutan smartfonun prototipini yaradıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bloger Arun Maininin yaratdığı qadjetin demonstrativ videoçarxı “The Verge” nəşrinin diqqətindən yayınmayıb.
Smarftonun əsas özəlliyi onun slayder tipli olmasıdır. “iPhone X” və bir sıra digər “Android” cihazlardan fərqli olaraq, 5,99 düym displeyli “Mix 4”-ün ekranın yuxarı kəsiyi yoxdur. Dinamik və qabaq kameradan istifadə etmək üçün smartfonun üst hissəsini aşağı sürüşdürmək lazım gəlir.
Çin şirkətinin rəsmilərinin məlumatına görə, smartfonun final versiyası “Snapdragon” prosessoru ilə təchiz olunacaq. Prototipin texniki göstəriciləri barədə çox az məlumat verilir.
Smartfonun bu ilin dekabr ayından dünya bazarlarına çıxarılacağı gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub