“YouTube” haker hücumuna məruz qalıb və aralarında ən çox izlənən video – “Despacito” mahnısının klipi də daxil olmaqla, bir çox populyar video silinib.
Mynewaz.az lent.az-a istinadən xəbər verir ki, hücumu özünü “Prosox and Kuroi'sh” adlandıran fələstinli haker qrupu həyata keçirib.
Puerto Rikodan olan ifaçılar Luis Fonsi və Deddi Yankinin “Despacito”su ilə bərabər Şakira, Teylor Svift, Selena Qomes, reper Dreyk və digər tanınmış sənətçilərin klipləri də silinib. Əslində hakerlər bu kliplərin yerləşdirildiyi “Vevo” platformasının musiqi səhifələrini “sındırıblar”, nəticədə oradakı videolar yoxa çıxıb.
Hakerlərin motivləri məlum deyil, lakin onlardan biri deyib ki, bunu sırf əyləncə xətrinə edib: “Məni mühakimə etməyin, mən “YouTube”u sevirəm”.
Qeyd edək ki, 2017-ci ilin yanvarında “YouTube”a yerləşdirilən “Despacito” klipi 5 milyard dəfədən çox izlənib və 26 milyondan çox like yığıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub