Cənubi Koreyanın “Samsung” şirkəti insanabənzər robotun yaradılmasına patent hüququ əldə etmək üçün ABŞ Patent və Əmtəə Nişanları Bürosuna müraciət edib.
Mynews.az-ın məlumatına görə, AZƏRTAC “Rusnews Info” resursuna istinadən xəbər verir ki, müraciətdə insan kimi addımlamağı bacaran insanabənzər robot təsvir edilib.
Sənəd barədə məlumat internetdə bu yaxınlarda yayılsa da, şirkətin büroya ərizəsi 2011-ci ildə daxil olub. Sənədə görə, “Samsung” insanın yerişini tam imitasiya edən, kök hüceyrəsinə cavabdeh xüsusi sistem sayəsində nəfəsi təkrarlayan robot ərsəyə gətirəcək. Robot hərəkət zamanı adi yerimə sürətinə nail olmaq üçün marşrutu təhlil edəcək.
Qeyd olunur ki, A nöqtəsindən B nöqtəsinə çatmaq üçün “Samsung” robotu öz ağırlıq mərkəzini bölüşdürməklə hündürlüyə qalxma və ya dağdan aşağı enmə zamanı şaquli vəziyyəti saxlamaqla yolu bir neçə hissəyə ayıracaq. Qeyri-adi robotun hansı sahədə tətbiq ediləcəyi barədə məlumat verilmir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub