Böyük Britaniyanın “Cambridge Analytica” şirkəti başda olmaqla 2015-ci ildən əvvəl xidmət edən bir çox qurum insanların şəxsi mesajlarını ələ keçirə bilirmiş.
Metbuat.az bildirir ki, bu sözləri dünyanın ən böyük sosial platforması olan “Facebook”un sözçüsü açıqlamasında bildirib. Qeyd edib ki, İngilis alim Aleksandr Koganın hazırladığı şəxsi məlumat toplama tətbiqini endirən 305.000 nəfərdən 0.5%-nin şəxsi yazışmaları artıq ələ keçirilib. 1525 nəfər bu planın qurbanı olub.
“Facebook” istifadəçilərinin məlumatlarını oğurlamaqla şübhəli bilinən “Cambridge Analytica” şirkəti bazar ertəsi günü verdiyi açıqlamada bildirib ki, İngilis alim Aleksandr Koganın tədbiqinin qanuni olaraq sahibidir. Hətta yüzlərlə fərqli firmalar “Facebook” məlumatlarını bənzər şəkildə istifadə edib.
“Facebook” isə “Cambridge Analytica” şirkəti tərəfindən şəxsi məlumatları ələ keçirilən 87 milyon istifadəçiyə xəbərdarlıq mesajı göndərməyə başlayıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub