“Facebook” Avropada yeni qaydalar tətbiq etməyə başlayır.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Avropa parlamenti ilə görüşlərdən sonra şirkət bu barədə qərar qəbul edib.
Tətbiq olunacaq yeni qaydalara əsasən, istifadəçilər paylaşdıqları məlumatların başqa bir şəxs tərəfindən paylaşılmasına qadağa qoya biləcək. Həmçinin istifadəçilərin öz siyasi, dini və şəxsi münasibətləri barədə məlumatları üçün ayrı-ayrı bölmələr yaradılacaq və bu bölmələr üzrə paylaşımların başqaları tərəfindən istifadəsi mümkün olmayacaq.
Gələcəkdə bu cür paylaşımlar etdikcə isə istifadəçilərə fikirlərinin ziddiyyətli olub olmadığı və paylaşım edib etməyə biləcəkləri barədə bildirişlər gələcək.
Həmçinin gələcəkdə “Facebook”da üz tanıma texnologiyasının tətbiqi də gözlənilir.
Mark Zukerberq açıqlamasında bu qaydaların müəyyən dəyişikliklərlə bütün dünyada tətbiq olunacağını da qeyd edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub