Sosial şəbəkələrdə tez-tez maddi köməyə ehtiyacı olan insanlara yardım edilməsi üçün paylaşımlar edilir. İmkanı çatanlar onlara yardımı əsirgəmir, maddi sıxıntısı olanlar isə ən azından belə paylaşımların digərlərinə çatmasına çalışır. Lakin hər sahədə olduğu kimi burada da vəziyyətdən sui-istifadə edənlər meydana çıxır.
Bəzi fırıldaqçılar yalan paylaşımlar ilə insanlardan pul yığırlar. Amma həmin pullar yalnız öz ciblərinə gedir. İnsanlar aldadıldıqlarını bildikdən sonra artıq kiməsə yardım etmək istəmirlər. Dələduzlar bu yolla köməyə ehtiyacı olanlarla yanaşı, xeyriyyəçiləri də çətin vəziyyətə salır.
Minval.info xəbər verir ki, belə fırıldaqçılıqla məşğul olanlardan biri ifşa olunub. “Facebook”da Fatimə Babayeva ad və soyadlı istifadəçi insanları aldadaraq onlardan pul yığır. Yardım məqsədi ilə yığdığını söyləyən şəxs əslində öz mənfəəti üçün çalışır. Bu faktı həmçinin saytımıza Gənc Xeyriyyəçilər İctimai Birliyini sədri Bamizər Aytən təsdiqləyib. Fatimə Babayevə birliyin sədrinin vasitəsilə kömək edilən ailənin şəkillərini yayaraq insanlardan pul yığır. Amma A.Bamizərin bir müddət öncə həmin ailəyə yardım etdiyindən xəbərsiz olduğu üçün özünü ifşa edib. O, həmin ailənin yaşadığı ünvanını belə səhv söyləyib. Fatimə Babayevə Aytən Bamizərin vasitəsilə yardıma ehtiyacı olanlara ev verildiyini bilməyib.
Bundan öncə isə Fatimə Babayeva profili başqa bir fotolar paylaşaraq insanları yardıma səsləyib. Minval.info məsələni ictimailəşdirmək üçün onunla əlaqə saxlayıb. Jurnalist olduğumuzu bildikdən sonra bəhanə gətirərək məşğul olduğunu deyib. Ardınca isə nə mesajlara, nə də zənglərə cavab verməyib.
O cümlədən Bakı sakini Nurlan Cəfərli də həmin qadının toruna düşüb. Lakin çox keçməyib məsələnin nə yerdə olduğunu anlayıb və onun yalanını ortaya çıxarıb. Bu səbəbdən N.Cəfərlini sosial şəbəkədə bloklayıb.
Çox təəssüf ki, insanların xeyriyyəçilik hissindən sui-istifadə edib cəmiyyətdə inamı azaldan belə insanlar mövcuddur. Belələri ucbatından yuxarıda qeyd etdiyimiz kimi yaxşı niyyətli olanların da işinə şübhə ilə yanaşılır.

1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
405 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
399 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
390 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
387 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
360 dəfə oxunub