4 may 2018-ci il tarixindən etibarən, artıq "Nar”ın bütün yeni aktivləşmiş "Turbo” internet paketlərində "WhatsApp” pulsuzdur.
AZXEBER.COM xəbər verir ki, bununla da, "Turbo” istifadəçiləri paketin istifadə müddəti bitənədək "WhatsApp” vasitəsilə yazılı mesajlar göndərə biləcəklər.
Xatırladaq ki, müxtəlif həcmli "Turbo” paketləri istər mobil telefonda, istərsə də kompüterdə 225 Mb/s-dək sürətdən zövq almaq imkanı verir. Paket bitdikdə isə "ədalətli istifadə" siyasətinə uyğun olaraq, istifadə müddətinin sonunadək pulsuz internetdən və "WhatsApp” vasitəsilə limitsiz yazışmadan yararlanmaq olar.
Üstəlik, irihəcmli "Turbo XL”, "Turbo 2XL” və "Turbo 3XL” paketlərində gecələr internet yüksək sürətlə pulsuz və limitsizdir.
"Nar”-ın "Turbo” internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
"Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub